Ermənistanın keçmiş müdafiə naziri Moskvada saxlanılıb
30.12.2024 15:55
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.Bu barədə "İzvestiya" nəşri məlumat yayıb.
Qəzet yazır ki, o öz ölkəsində "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Qulluq mövqeyindən sui-istifadə" və "Səlahiyyətlərindən sui istifadə edilməsi" maddələri ilə axtarışda olub.