• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada polisə miqrantların evlərinə maneəsiz daxil olmaq hüququ veriləcək

Rusiyada polisə miqrantların evlərinə maneəsiz daxil olmaq hüququ veriləcək
02.01.2025 09:30
Rusiyada polis əməkdaşları deportasiya rejiminə düşən miqrantlar üzərində dövlət nəzarəti çərçivəsində belə əcnəbilərin faktiki yaşadığı mənzil və digər yerlərə maneəsiz daxil olmaq hüququ əldə edəcəklər.Bu barədə TASS xəbər verib.
 
Müvafiq normalar martın 5-də qüvvəyə minəcək qanunda təsbit edilib.
Həmçinin polis əməkdaşları Rusiya dövlət orqanlarından və xarici dövlətlərin hakimiyyət orqanlarından dövlət nəzarətinin həyata keçirilməsi üçün zəruri olan məlumat və sənədləri, o cümlədən kommersiya, bank, vergi və qanunla qorunan digər sirləri tələb edə, həmçinin banklardan deportasiya rejimində olan əcnəbinin bank hesablarının mövcudluğu və nömrələri, bu hesablar üzrə pul vəsaitlərinin hərəkəti barədə məlumat ala biləcəklər.

Daxili İşlər Nazirliyinin əməkdaşları martın 5-dən etibarən bu rejimdə olan əcnəbi vətəndaşlar üzərində texniki vasitələrdən istifadə etməklə müşahidə apara biləcəklər. Bu norma həmçinin belə əcnəbilərə "Rusiya ərazisində qalmaqda yardım edən” fiziki və hüquqi şəxslərə də aiddir.

Polis mobil cihazların və geolokasiya məlumatlarından, ödəniş sistemlərindən, üztanıma sistemində işləyən məlumatlardan istifadə etmək hüququna malik olacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol