• $
  • €
  • ₽
  • ₺
  • £

4 ölkə İranı Boeing-in vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb

4 ölkə İranı Boeing-in vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb
08.01.2025 18:56
İsveçrə, Böyük Britaniya , Kanada və Ukrayna İranı 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırır. Bu barədə İsveçrə xarici işlər nazirliyi məlumat yayıb.

"Biz istəyirik ki, İran təyyarənin vurulmasına görə tam hüquqi məsuliyyəti öz üzərinə götürsün”, – diplomat bəyanatda bildirib.

2023-cü ilin iyulunda Böyük Britaniya, Kanada, İsveç və Ukrayna Ukraynaya məxsus Boeing 737 sərnişin təyyarəsinin vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə İrana qarşı iddia qaldırıb.

Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə 2020-ci il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb.
 
İran tərəfinin fikrincə, təyyarənin düşmən hədəfi olduğu müəyyən olunduğu üçün qəzaya görə təqsir hava hücumundan müdafiə sisteminin operatorunun üzərinə düşür.

Dekabrın 29-da Banqkokdan uçan  Jeju Air Boeing 737 təyyarəsi Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayıb. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxaraq beton maneəyə çırpılıb, sonra isə partlayıb. Təyyarə demək olar ki, tamamilə məhv edilib. Qəzanın ilkin səbəbi kimi quşların vurması nəticəsində eniş şassisi sisteminin sıradan çıxması göstərilir.
 
Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol