• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı iş adamının qətli ilə bağlı yeni faktlar

Azərbaycanlı iş adamının qətli ilə bağlı yeni faktlar
22.01.2014 12:30
Rusiyanın Orenburq vilayətində qətlə yetirilən azərbaycanlı iş adamının cinayət işi ilə bağlı yeni faktlar ortaya çıxıb. APA-nın Rusiya bürosunun məlumatına görə, 29 yaşlı Azərbaycan vətəndaşı Ruzi Sarıyevin qisas məqsədilə öldürüldüyü bildirilir. Hadisə yanvarın 1-dən 2-nə keçən gecə Orenburq vilayətinin Qay rayonunda yerləşən “Ray” klubunda baş verib. Klubun sahibi Ruzi Sarıyev bıçaqla öldürülüb. Rusiya İstintaq Komitəsinin Orenburq vilayəti üzrə İdarəsinin yaydığı məlumata görə, 23 yaşlı adı açıqlanmayan şəxs tərəfindən bıçaqlanan R.Sarıyev ağır yaralı halda Qay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Qətlin qisas məqsədilə törədildiyi bildirilir. Belə ki, keçən ilin noyabrında klubda dava düşüb və azərbaycanlı sahibkar R.Sarıyevə maddi ziyan dəyib. R.Sarıyev ona ziyan vuran dörd nəfər şəxsi məhkəməyə verib. Məhkəmə onların cinayət işinə baxaraq, klubda xuliqanlıq tərədən şəxslər barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb. Həmin şəxslər müvafiq olaraq 8 aydan 5 ilə qədər azadlıqdan məhrum ediliblər. Qay rayonunun yerli sakinlərinin həbs olunması faktının Ruzi Sarıyevin qisas məqsədilə öldürüldüyünə əsas verdiyi qeyd edilir. Lakin istintaq bu versiyanı düzgün saymır. İstintaqın versiyasına görə, cinayət hadisəsi gözlənilmədən baş verib. Bayram və istirahət günlərində kluba giriş ödənişli olduğundan, qətli törədən gənc 100 rubl məbləğində pulu verməkdən imtina edib. Sərxoş vəziyyətdə olan 23 yaşlı Qay sakinini klubdan çıxarmağa çalışan R. Sarıyev gözlənilmədən boyun nahiyəsindən bıçaq zərbəsi alıb. Ona görə də istintaq qətlin məişət zəminində törədildiyi versiyasını düzgün sayır. Qətli törədən şəxsin artıq həbs olunduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol