Egey dənizində zəlzələ olub

Bu gün Egey dənizində 4,7 bal gücündə zəlzələ olub.Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ ölkənin Muğla vilayətinin Bodrum rayonundan 171,26 kilometr məsafədə meydana gəlib. Yeraltı təkanların ocağı dənizin 6,64 kilometr dərinliyindədir.
www.anews.az
























