• $
  • €
  • ₽
  • ₺
  • £

İranın Ekologiya Təşkilatı: Yaşamaq istəyən Tehranı tərk etsin

İranın Ekologiya Təşkilatı: Yaşamaq istəyən Tehranı tərk etsin
21.01.2014 18:10

"Yaşamaq istəyirsinizsə Tehranı tərk edin". Bu sözləri İranın Ətraf Mühitin Qorunması və Ekologiya Təşkilatının rəhbəri xanım Məsumə Ebtekar bu gün Tehranın Şəhər Şurasında keçirilən iclasda çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə "Mehr News" agentliyi məlumat verir.

Ebtekar deyib ki, Tehranda və digər şəhərlərdə havanın çirklənməsinin əsas səbəbi standarta uyğun olımayan və keyfiyyətsiz benzindən istifadədir: "Xəstə və körpə uşaqları olan ailələrə və yaşlılara məsləhətim budur ki, çirkli havadan qorunmaq üçün Tehranı tərk etsinlər. Biz hamımız xəstə uşaqlara görə narhatıq və tez bir zamanda həll yolu onların Tehrandan çıxarılmasıdır".

İran KİV-nin məlumatına görə, İranın paytaxtı Tehran şəhərinin Hava Keyfiyyətinə Nəzarət Şirkətinin statistikasına əsasən, son 25 gün ərzində Tehranda cəmi 2 saat təmiz hava olub, qalan vaxtlarda havanın çirklilik dərəcəsi kritik həddə çatıb.

Tehran şəhərində, Rey və Şimiranatda havanın həddən artıq çirkli olması ilə əlaqədar müxtəlif vaxtlarda bütün idarə, təşkilat və məktəblərdə tətillər olur.

"NYC Partnershir Consulting" beynəlxalq reytinq şirkəti 2013-cü ilin əvvəlində planetin ən çirkli şəhərlərinin siyahısını açıqlayıb. Şirkətin mütəxəssisləri dünyanın 245 iri şəhər və paytaxtını müqayisə edərək ən çirkli 30 şəhərin siyahısını hazırlayıb. Bu zaman havanın çirklənməsinin səviyyəsi, içməli suyun yararlılıq dərəcəsi, tullantıların istifadə və emal olunmasının dərəcəsi, tibbi xidmətin və avadanlığın səviyyəsi, infeksion xəstəliklərin mövcudluğu faktorları nəzərə alınıb. Siyahıda Tehran 29-cu yerdədir.

Artıq paytaxt Tehranla yanaşı, Kərəc, İsfahan, Məşhəd və Təbriz şəhərlərində də hava həddən artıq çirkli olur və kritik vəziyyətə çatır.

Trend

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol