Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 8 PKK terrorçusu zərərsizləşdirib.Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"İraqın şimalındakı "Assos" və "Pəncək-Kilid " əməliyyatı bölgələrində 8 PKK terrorçusu zərərsizləşdirildi. Hərbi əməliyyatlar sürətli və davamlı həyata keçirilir.Qəhrəman Türk Silahlı Qüvvələrinin mübarizəsi əzm və qətiyyətlə davam edir", - deyə məlumatda qeyd olunur.
www.anews.az