• $
  • €
  • ₽
  • ₺
  • £

TikTok Tətbiqi App Store və Google Play-ə qaytarılıb

TikTok Tətbiqi App Store və Google Play-ə qaytarılıb
14.02.2025 15:07

“Apple”ın “App Store” və “Google Play” şirkətləri ABŞ- da istifadəçilər üçün “TikTok” tətbiqi  bloklandıqdan sonra onu bərpa edib. Bu barədə Bloomberg məlumat yayıb.

Nəşr qeyd edir ki, tətbiq ABŞ-ın baş prokuroru Pam Bondinin sosial şəbəkəyə qoyulan qadağanın dərhal həyata keçirilməyəcəyinə dair zəmanət məktubundan sonra bərpa edilib.

Agentlik vurğulayır ki, tətbiqin ABŞ-da uzun müddət ərzində fəaliyyətini davam etdirəcəyinə hələ də zəmanət yoxdur.

Bundan əvvəl The Washington Post, TikTok-un sahibinin ABŞ-ın Çinə qarşı tarifləri tətbiq etməsi fonunda satışla bağlı danışıqları gecikdirdiyini yazmışdı.

Yanvarın 19-da TikTok ABŞ-da bloklanıb.

Xidmət Apple mağazasından itib və tətbiqin özünə daxil olmaq istəyərkən bir elan çıxıb: "ABŞ-da TikTok-u qadağan edən qanun qüvvəyə minib." Lakin 12 saatdan sonra prezident Donald Trampın xidməti bərpa edəcəyinə söz verdikdən sonra o, yenidən işə salınıb. 

Tramp vəzifəyə gəldikdən sonra TikTok-a dair sərəncam imzalayıb və sosial şəbəkəyə qoyulan qadağanı 75 gün gecikdirib. Sənəddə videoservisin 50%-nin amerikalı investorlara satılacağı təqdirdə platformanın ABŞ-da fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.

Gülnar 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol