• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna ilə bağlı konkret danışmaq hələ tezdir - Zaxarova

Ukrayna ilə bağlı konkret danışmaq hələ tezdir - Zaxarova
14.02.2025 16:47

Ukrayna üzrə danışıqlar prosesinin konkret parametrləri barədə danışmaq hələ tezdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Bundan əvvəl Rusiya Prezidentinin sözçüsü Peskov jurnalistlərə açıqlamasında deyib ki, Ağ Ev rəhbəri Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün Rusiyaya səfəri ilə bağlı hələlik konkret razılaşma yoxdur.

Putinlə Tramp arasında telefon danışığı fevralın 12-də baş tutub və təxminən bir saat yarım davam edib. Söhbət zamanı liderlər Ukraynada hərbi əməliyyatların dayandırılmasının zəruriliyini müzakirə ediblər  və münaqişənin həlli üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər. ABŞ prezidentinin sözlərinə görə , o, rusiyalı həmkarından münaqişənin daimi əsaslarla həll edilməsinin zəruriliyi barədə eşidib.

Tramp daha sonra Səudiyyə Ərəbistanında Putinlə şəxsən görüşməyi planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, əsas qarşılıqlı əlaqə telefonla baş tutacaq, lakin ilk üz-üzə görüş böyük ehtimalla orada baş tutacaq. O, həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun danışıqlarda iştirakını istisna etməyib.

Aytac 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol