• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentlərin görüşündə insident yaşanıb - FOTO

Prezidentlərin görüşündə insident yaşanıb - FOTO
20.01.2014 17:33

Ankarada rəsmi səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Türkiyə prezidenti Abdulla Güllə görüşü ərəfəsində Prezident sarayında – Çankaya köşkündə insident baş verib.

APA-nın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, Prezident sarayının gözləmə salonunda Gürcüstan prezidentinin mətbuat xidməti rəhbərinin müavini, jurnalist Şopo Cacanidze ruhi-əsəb durumu normal olmadığı bildirilən Berat Düzgünər adlı qadının hücumuna məruz qalıb.Məlumata görə, Prezident sarayında vəzifəli şəxslərdən biri ilə görüşən həmin qadın görüş başa çatandan sonra ayağa qalxaraq Gürcüstan prezidentini müşayiət edən gürcüstanlı jurnalistlərə doğru gedib. O, C. Cacanidzenin saçlarından tutaraq yerə yıxıb. Bu zaman jurnalistlər hadisəyə müdaxilə ediblər.Daha sonra Prezident sarayı mühafizəçilər B. Düzgünəri saxlayıblar.Saxlanılandan sonra B. Düzgünər ilkin ifadəsində jurnalistin guya onun üzərinə gəldiyini, ona zərər verəcəyini düşündüyü üçün özünü müdafiə addımı atdığını deyib.Xəstəxanaya aparılan gürcü jurnalist ambulator yardım göstəriləndən sonra Prezident sarayında keçirilən toplantıya qatılıb. Jurnalistlərin suallarına gülərək cavab verən Ş. Cacanidze, baş verənlərə görə şikayətçi olmayacağını deyib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol