• $
  • €
  • ₽
  • ₺
  • £

Kiyev yenidən qarışdı

Kiyev yenidən qarışdı
20.01.2014 09:23
Ukraynanın paytaxtı Kiyevdə bu gün yerli vaxtla saat 18:00 radələrindən etibarən avrointeqrasiya tərəfdarları ilə polisin “Berkut” xüsusi təyinatlıları arasında qarşıdurma olub. APA-nın xəbərinə görə, qarşıdurma paytaxtın mərkəzi küçələrində başlayıb. Polis nümayişçiləri dağıtmaq üçün dəyənəkdən, qaz qumbarasından və su şırnaklarından istifadə edib. Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. Məlumata görə, axşam saatlarında Ukraynanın müxalifət liderlərinin Maydanda çıxışları başlayan zaman da insident yaranıb, onlara naməlum şəxslər tərəfindən hücum olub.  “UDAR” Partiyasının lideri Vitali Kliçko çıxışı zamanı aksiyalarda hökumət tərəfindən qarşıdurmanın yaradılması ilə bağlı təxribat olacağı barədə xəbərlər aldığını deyib və etirazçıları təxribata getməməyə çağırıb. O, çıxışını bitirib tribunadan enəndə hücumə məruz qalıb. Onun tərəfdarları ilə hücum edənlər arasında əlbəyaxa dava düşüb. V. Kliçkonun və digər müxalif liderlərlərinin yüngül xəsarət aldığı da bildirilir. Kiyevdə xüsusi təhlükəsizlik tədbirləri görülüb, Nazirlər Kabineti, Ali Rada və Prezident Administrasiyası xüsusi təyinatlılar tərəfindən ciddi nəzarətə götürülüb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol