• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp ABŞ-da külək enerjisini iflic edib - The Wall Street

Tramp ABŞ-da külək enerjisini iflic edib - The Wall Street
24.02.2025 12:31

ABŞ prezidenti Donald Trampın siyasəti ABŞ-da külək enerjisi sektorunu iflic vəziyyətinə salıb. Bu barədə The Wall Street Journalı yazıb.

Qəzet yazır ki, Ağ Evə qayıdan Tramp sahil sularında və quruda külək elektrik stansiyalarının quraşdırılması üçün federal icazələrin verilməsini dayandıran, həmçinin artıq verilmiş lisenziyalara yenidən baxılması haqqında sərəncam imzalayıb. Bu tədbirlər qəbul edilməmişdən əvvəl başlanmış layihələr üzərində iş davam etsə də , onlara cəlb olunmuş şirkətlər qeyri - müəyyənlik içərisində qalır və bundan sonra onları nə gözlədiyini bilmirlər. 

Xüsusilə, Fransanın TotalEnergies enerji şirkəti ABŞ- dakı dəniz külək layihələrini dörd il müddətinə təxirə salıb.

Britaniyanın neft və qaz nəhəngi Shell 1 milyard dollar itki ilə üzləşib. Danimarkanın enerji şirkəti Orsted - in itkiləri 1,7 milyard dollara çatıb.

Tramp yanvarın 21-də bəyan edib ki, ABŞ administrasiyası ölkədə karbohidrogen hasilatını artırmaq və külək enerjisinin inkişafından imtina etmək üçün tədbirlər görəcək.

Gülnar 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol