• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Senatından insan haqlarını pozan əcnəbilərlə bağlı qanun layihəsi

ABŞ Senatından insan haqlarını pozan əcnəbilərlə bağlı qanun layihəsi
17.01.2014 18:12
ABŞ-ın nüfuzlu senatorları - respublikaçı Con Makkeyn (John McCain) və demokrat Ben Kardin (Benjamin Cardin) “Maqnitski Aktı”nın bütün dünya ölkələrinə şamil olunması haqqında qanun layihəsi (“Global Human Rights Accountability Act”) hazırlayaraq Senata təqdim ediblər.APA-nın “Amerikanın səsi”nə istinadən yaydığı xəbərə görə, bu barədə B. Kardinin saytında məlumat verilib. “ABŞ-a səfər etmək azadlığı və bizim maliyyə sistemimizə çıxış imkanı elə imtiyazlardır ki, bunlar təməl insan haqlarını və qanunun aliliyini pozan şəxslərə şamil oluna bilməz”, deyə senatorun açıqlamasında bildirilir.   B. Kardin deyib ki, Zimbabvedən Ukraynaya, Hondurasdan Papua Yeni Qvineyaya qədər insan haqlarının kobud pozucuları öz əməllərinə görə məsuliyyətdən qaça bilməyəcəklər - hətta öz ölkələrində bu istiqamətdə hər hansı addım atılmasa belə. Qanun layihəsinə görə, ABŞ prezidenti insan hüquqları uğrunda mübarizə aparanların, hökumət üzvlərinin qanunsuz fəaliyyətini ifşa edənlərin qətli, işgəncələr məruz qalması və digər insan haqları pozuntularına görə məsuliyyət daşıyan xarici vətəndaşların adları olan siyahı hazırlamalı (etibarlı sübutlar əsasında) və daim bu siyahını yeniləməlidir. Həmin şəxslərin ABŞ ərazisinə girişi qadağan olunacaq və onlara daha əvvəl verilmiş viza ləğv ediləcək. Müəyyən hallarda siyahıya gizli əlavələr də edilə bilər. Adları siyahıya daxil edilmiş şəxslərin ABŞ-da əmlak sahəsində bütün əməliyyatları dayandırılacaq və qadağan olunacaq. Dövlət Departamenti və maliyyə naziri hər il Konqres qarşısında bu qanunun həyata keçirilməsi ilə bağlı hesabatla çıxış edəcəklər. Xatırladaq ki, “Maqnitski Aktı” (“Sergei Magnitsky Rule of Law Accountability Act”) 2012-ci ilin dekabrında ABŞ Konqresi tərəfindən qəbul olunub və insan haqlarını, qanunun aliliyini pozan şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun 2009-cu ildə Rusiyanın “Matrosskaya tişina” həbsxanasında ölən “Firestone Duncan” konsaltinq şirkətinin auditoru Sergey Maqnitskinin adı ilə adlandırılıb. 2011-ci ildə ABŞ Dövlət Departamenti S. Maqnitskinin ölümündə əli olan və ya əli olduğundan şübhə duyulan 60 rusiyalı məmurun ABŞ-a girişini yasaqlayıb.    ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol