• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada vəziyyət yenidən gərginləşdi

Ukraynada vəziyyət yenidən gərginləşdi
17.01.2014 17:09
Ukrayna müxalifəti bazar günü – yanvarın 19-da Kiyevdə növbəti xalq yığıncağının (narodnoye veçe) keçiriləcəyini elan edib.APA-nın “Ukrainskaya pravda” saytına istinadən verdiyi məlumata görə, bunu “UDAR” (Ukrainskiy Demokratiçeskiy Alyans za Reformı ) Partiyasının lideri Vitali Kliçko Kiyevin Müstəqillik Meydanında davam edən mitinqdə bildirib. O, əhalini meydana səsləyərək deyib ki, yanvarın 16-da Ali Radada faktiki olaraq insanlar öz hüquq və azadlıqlarından məhrum edilib və qanundankənar vəziyyətə salınıb: “Hakimiyyət xalqın qorxmadığını görməlidir. Tələblər dəyişməyib – növbədənkənar prezident və parlament seçkiləri”.     “Svoboda” Partiyasının lideri Oleq Tyqnibok isə Ali Radada baş verənləri tipik Kreml ssenarisi adlandırıb. Onun sözlərinə görə, Ukraynada dövlət çevrilişi baş verib. “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk qeyd edib ki, prezident Viktor Yanukoviç Ukrayna xalqının azadlığını Vladimir Putinə 15 milyard dollara satıb.   “Üçüncü Respublika” hərəkatının lideri, sabiq daxili işlər naziri Yuri Lusenko isə milyonlarla şəxsin qatılacağı “Maydan Xalq Cəbhəsi” adlı müqavimət hərəkatının yaradılması və “hakim banda”ya qarşı hücumlara başlamaq təşəbbüsünü irəli sürüb. O, hesab edir ki, müxalifət liderləri qarşıdakı prezident seçkilərinə yönəlmiş seçki təbliğatına son qoymalı və xalqı, əgər ehtiyac olarsa diz üstə çöküb yalvararaq, yanvarın 22-də ölkədə qeyd olunan Birlik Günü (Den Sobornosti) bayramı zamanı səfərbər olaraq “hakim banda”ya hücuma keçməyə çağırmalıdır: “Təyin olunan vaxtda bütün ukraynalılar avtomobillərlə, avtobuslarla, yük maşınları ilə, traktorlarla paytaxta gəlib azad Ukrayna uğrunda döyüşə atılmalıdır. İtirəcək bir şey qalmayıb. Bizim sələflərimiz daha pis şəraitdə mübarizə aparıblar. Biz milyonlarlayıq və bir ovuc oğrudan güclüyük”.   Qeyd edək ki, yanvarın 16-da Ukrayna parlamenti deputat toxunulmazlığının ləğvi prosedurunun sadələşdirilməsi, müxalifətçilərin avtomobil karvanları təşkil edərək prezidentin və hökumət nümayəndələrinin paytaxt ətrafındakı iqamətgahlarının qarşısında etiraz aksiyası təşkil etmələrinin əngəllənməsi, məhkəmə prosesinə gəlməkdən imtina edən məhbuslara (məsələn, Yuliya Timoşenko) qiyabi hökm çıxarılması, internet mediası da daxil olmaqla, KİV-də yayılan böhtana görə cinayət məsuliyyəti nəzərdə tutan qanun dəyişikliklərini qəbul edib. Dəyişikliklər iqtidar və müxalifət deputatlarının qarşıdurması, elektron səsvermə aparatından istifadənin və lehinə-əleyhinə səs verənlərin dəqiq sayılmasının mümkün olmadığı şəraitdə əl qaldıraraq qəbul olunub. Hətta RP-nin deputatlarının bir çoxu nəyə səs verdiklərini bilmədiklərini etiraf ediblər. Qanun dəyişiklikləri ABŞ və Avropa Birliyinin sərt etirazına səbəb olub.      ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol