• $
  • €
  • ₽
  • ₺
  • £

Marsda rekord uzunluqda üzvi molekullar aşkarlanıb

Marsda rekord uzunluqda üzvi molekullar aşkarlanıb
25.03.2025 12:11

ABŞ, Meksika və İspaniyadan olan beynəlxalq alimlər qrupu Marsda bu günə qədər məlum olan ən uzun üzvi molekulları aşkarlayıblar. Bu karbon zəncirləri 12-ə qədər ardıcıl karbon atomunu ehtiva edir və bioloji fəaliyyət nəticəsində Yerdə əmələ gələn yağ turşularının xassələrinə bənzəyir.

Bu barədə araşdırma "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub.

Kəşf NASA-nın 2012-ci ildən Geyl kraterini tədqiq edən “NASA Curiosity” roverinin göyərtəsindəki SAM cihazından istifadə ilə olunub. Nümunənin təxminən 3,7 milyard illik yaşı ona xüsusi dəyər verir. Bu, Yerdə həyatın yenicə yaranmağa başladığı dövrə uyğundur. Üzvi maddələrin müstəsna olaraq qorunub saxlanması Marsın geoloji aktivliyin olmaması, soyuq, quru iqlimi ilə izah olunur.

Aşkar edilmiş molekullar Qırmızı planetdə qədim həyatın izlərini axtarmaq üçün yeni perspektivlər açır.

Molekulların bioloji mənşəyi hələ sübut olunmasa da, onların mövcudluğu Marsda həyatın yaranmasına səbəb ola biləcək mürəkkəb üzvi kimyanın mövcud olduğunu təsdiqləyir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol