Qaqauziya lideri həbs edilib

Moldova məhkəməsi Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu 30 sutka müddətinə həbs edib.Bu barədə TASS məlumat yayıb.
Yevgeniya Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı 72 saatlığına saxlanılıb.
Qeyd olunub ki, Qutsul ittihamlarla bağlı özünü təqsirli bilməyib.
























