• $
  • €
  • ₽
  • ₺
  • £

Tramp Rusiyada vətənə xəyanətdə təqsirli bilinən balerina ilə Ağ Evdə görüşəcək

Tramp Rusiyada vətənə xəyanətdə təqsirli bilinən balerina ilə Ağ Evdə görüşəcək
05.05.2025 22:35

ABŞ prezidenti Donald Tramp Ağ Evdə məhbus mübadiləsi çərçivəsində Moskva tərəfindən Vaşinqtona köçürülən balerina Kseniya Karelina ilə görüşəcək. Bu barədə NBC telekanalı məlumat yayıb .

“Bu gün Trampın Ağ Evdə keçən ay Rusiya həbsxanasından azad edilmiş rus əsilli amerikalı balerina Kseniya Karelina ilə görüşü planlaşdırılır”, - telekanalın saytında bildirilir.

Rusiya və ABŞ aprelin 10-da səhər  Əbu-Dabidə əsir mübadiləsi aparıblar . Moskva ABŞ və Rusiya vətəndaşı Kseniya Karelinanı azad edib . 2024-cü ildə o, ciddi rejimli cəzaçəkmə müəssisəsində 12 il müddətinə azadlıqdan məhrum edilib. Qadın ABŞ-dakı Ukrayna təşkilatına 100 dollardan az pul köçürdüyünə görə vətənə xəyanətdə təqsirli bilinib.

Vaşinqton da öz növbəsində Almaniya və Rusiya vətəndaşı olan Artur Petrovu azadlığa buraxıb. O, 2023-cü ilin avqustunda Kiprdə Rusiya Silahlı Qüvvələri üçün silah istehsalı üçün nəzərdə tutulan mikroelektronikanın iddia edilən ixracına görə Amerika hakimiyyətinin tələbi ilə saxlanılıb.

Gülnar

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol