• $
  • €
  • ₽
  • ₺
  • £

Ağ Ev İsrailə yardım ultimatumuna dair xəbərləri təkzib etdi

Ağ Ev İsrailə yardım ultimatumuna dair xəbərləri təkzib etdi
20.05.2025 07:15

Ağ Ev bazar günü Washington Post qəzetinin ABŞ-ın İsrailə Qəzza müharibəsini dayandırmasa, hərbi və iqtisadi yardımı dayandıracağı barədə xəbərini qəti şəkildə təkzib edib.

Ağ Evin sözçüsü Karolin Leavitt bu məlumatı “saxta xəbər” adlandıraraq, nəşri Bayden administrasiyasının xarici siyasətini sabotaj etməkdə ittiham edib.

“Prezident qəzəbləndi… Biz hər zaman İsrailin yanında olacağıq”, —  o bildirib.

ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi də məqaləni “cəfəngiyyat” adlandırıb.

Eyni zamanda Fransa, Böyük Britaniya və Kanada bəyan ediblər ki, İsrail Qəzzaya humanitar yardımın qarşısını almağa və hərbi əməliyyatları davam etdirməyə davam edərsə, “konkret tədbirlər” görəcəklər.

Liderlər İsraili münaqişəni qeyri-proporsional şəkildə gərginləşdirməkdə ittiham edib və Fələstin dövlətinin yaradılmasını dəstəklədiklərini bildiriblər.

Bu fonda İsrail hökumətindəki mənbə bildirib ki, Baş nazir Benyamin Netanyahu Qəzzaya humanitar yardımın bərpasına razılıq verib və bunu “texniki addım” kimi təqdim edib. Həmin mənbənin sözlərinə görə, Donald Tramp komandasının təzyiqi də son günlərdə artıb.

N.Təbrizli

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol