• $
  • €
  • ₽
  • ₺
  • £

Davos Forumunun proqramı açıqlandı

Davos Forumunun proqramı açıqlandı
29.05.2020 08:53
Yanvarın 22-25-də Davosda (İsveçrə) keçiriləcək ənənəvi illik Dünya İqtisadi Forumunun proqramı bəlli olub. APA-nın forumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, builki toplantının mövzusu “Dünyanın yenidən qurulması: cəmiyyət, siyasət və biznes üçün nəticələr” olacaq.  Siyasi liderlər, məşhur iş adamları və jurnalistlər dünyadakı ən ciddi problemləri, müasir cəmiyyətin qarşılaşdığı qlobal, regional və sənaye transformasiyalarını müzakirə edəcəklər. Proqrama bu il baş verəcək qlobal hadisələrə, qlobal enerji gündəminə, Yaxın Şərqdəki və Suriyadakı olaylara həsr olunmuş debatların keçirilməsi də daxildir. Elm sahəsində Nobel mükafatı laureatları ilə görüşlərin, ABŞ, Rusiya, Çin üzrə sessiyaların, Ukraynadakı son proseslərin müzakirəsinin təşkili də gözlənilir. Yanvarın 23-də forum çərçivəsində Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi əməkdaşlıq məsələsi, bölgənin iqtisadi bazasının diversifikasiyası, transsərhəd ticarətin artırılması və s. mövzular müzakirə olunacaq. Xatırladaq ki, Davos forumu dünya siyasi və biznes elitasının təxminən 2 min təmsilçisinin iştirakı ilə hər il keçirilir. Azərbaycan prezidenti də bu forumda dəfələrlə iştirak edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol