• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə korrupsiya ittihamı ilə yeni əməliyyat

Türkiyədə korrupsiya ittihamı ilə yeni əməliyyat
07.01.2014 16:18
Türkiyənin İzmir Cümhuriyyət Prokurorluğunun təlimatı əsasında korrupsiya, tenderlərdə qanunsuzluq ittihamı ilə yeni həbslər həyata keçirilib.APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, İzmir Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan cinayət işi çərçivəsində bu gün səhər tezdən İzmir, İstanbul, Ankara, Van və Hatayda 25 nəfər saxlanılıb. Onların arasında Dənizçilik, Nəqliyyat və Kommunikasiya Nazirliyinin tabeliyində olan İzmir və İskəndərun limanlarının rəhbərləri, eyni nazirliyin Dövlət Dəmir Yolları İdarəsinin sabiq və indiki məmurları, iş adamları da var. Polis Dövlət Dəmir Yollarının Ankaradakı Baş İdarəsinin binasında axtarış aparıb.      Dənizçilik, nəqliyyat və kommunikasiya naziri vəzifəsindən ayrılaraq AKP-dən İzmir böyük şəhər bələdiyyə başqanlığına namizədliyini irəli sürən Binəli Yıldırım olaya münasibət bildirib. O, əməliyyatın məhz indi – seçki ərəfəsində həyata keçirilməsinin diqqəti cəlb etdiyini söyləyib. Bəzi xəbərlərə görə, B. Yıldırımın bacanağı da həbs olunacaq. O, hazırda polis tərəfindən axtarılır. Əməliyyat çərçivəsində saxlanılanların ümumi sayının 100-ə çatacağı bildirilir. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol