• $
  • €
  • ₽
  • ₺
  • £

İsrailin döyüş təyyarələri İrana necə çatır?

İsrailin döyüş təyyarələri İrana necə çatır?
19.06.2025 08:32

Hazırda İran üzərində İsrailin hava hücumları demək olar ki, qarşısıalınmaz şəkildə davam edir. Bu hücumlar zamanı İsrailin döyüş təyyarələri və pilotsuz uçuş aparatları (PUA) İranın hava məkanına daxil olur, raket zərbələri endirir və eyni yolla geri qayıdır. 1500 kilometrdən çox olan məsafəni İsrail təyyarələri necə qət edir və hansı ölkələrin hava məkanından istifadə olunur?

Arxa plan: Nədən məsələ bu qədər aktualdır?

İsrailin İranın hərbi və strateji obyektlərinə endirdiyi zərbələr Qərb-İran qarşıdurmasının yeni fazasına keçdiyinin göstəricisidir. Bu, təkcə Yaxın Şərqdə deyil, qlobal təhlükəsizlik gündəmində də əsas yer tutur.

Məlumdur ki, İranın hava hücumundan müdafiə sistemləri son aylarda ciddi zərbə alıb. Ancaq bununla belə, İsrail təyyarələrinin marşrutu və bu hücumların necə həyata keçirildiyi barədə konkret və təsdiqlənmiş məlumatlar yoxdur.

Uzun məsafəyə necə uçurlar?

İsrailin F-35, F-15 və F-16 tipli təyyarələri üçün bu məsafəni qət etmək və geri qayıtmaq üçün havada yanacaq doldurma əməliyyatı zəruridir.

Qərb KİV-lərinin məlumatına görə, İsrail “Lockheed Martin” şirkəti ilə əməkdaşlıq çərçivəsində F-35 “Adir” qırıcılarına əlavə yanacaq çənləri quraşdırıb. Bu texnologiya onların radarlar üçün görünməzlik xüsusiyyətini itirmədən uzun məsafələrə uçmasına imkan yaradır. Lakin digər təyyarələr hələ də havada yanacaq doldurmaq məcburiyyətindədir.

Hücumlar necə həyata keçirilir?

İsrailin kəşfiyyat və hücum məqsədli Hermes və Heron PUA-ları İranın şimalından – böyük ehtimalla İraqın Ərbil və ya Süleymaniyyə şəhərlərindən – havaya qalxaraq hədəfləri müəyyən edir və hücumları koordinasiya edir. İranın dövlət televiziyası bir neçə gün öncə Ərdəbil üzərində vurulan bir Hermes PUA-sının qalıqlarını nümayiş etdirib. Tehran həmçinin İsrailə məxsus döyüş təyyarələrinin vurulması ilə bağlı məlumatlar yayıb, lakin bu barədə sübut təqdim etməyib.

Marşrut: hansı ölkələrin səmasından istifadə olunur?

İsrailin rəsmi olaraq hansı ölkələrin hava məkanından istifadə etdiyi açıqlanmır. Lakin analitiklər mümkün 3  marşrutun olduğunu bildirir. 

İordaniya və İraq – ən qısa yol buradan keçir.

İraq hökuməti öz hava məkanını rəsmi olaraq İsrailə təqdim etməsə də, ərazi üzərində nəzarət faktiki olaraq ABŞ-a məxsusdur. İordaniya isə İsrailə açıq dəstək verməsə də, onun imkanları bu cür uçuşların qarşısını almaq üçün kifayət deyil.

Suriya – uzun illərdir İsrailin hava hücumlarına məruz qalır.

ABŞ-da yerləşən Middle East Institute ekspertləri hesab edir ki, İsrail həm keçid, həm də havada yanacaq doldurma üçün Suriyanın şərq bölgələrindən istifadə edə bilər. Bu barədə “Open Source Intel” platforması vizual materiallar da yayıb, lakin bu məlumatlar müstəqil mənbələrlə təsdiqlənməyib.

Alternativ marşrutlar – bəzi ekspertlər İsrailin təyyarələrinin Səudiyyə Ərəbistanı və Fars körfəzi, eləcə də Türkiyə üzərindən keçə biləcəyini istisna etmir.

Regionun reaksiyası

İordaniya əməliyyatlar başlayandan dərhal sonra hava məkanını bağladığını bəyan edib və bildirib ki, digər ölkələrin öz ərazisindən istifadə etməsinə imkan verməyəcək.

İraq da ilk hücumdan sonra hava limanlarının fəaliyyətini məhdudlaşdırıb və BMT Təhlükəsizlik Şurasına şikayət ünvanlayıb.

Suriya müvəqqəti olaraq hava məkanını bağlasa da, yeni hökumətin bu barədə mövqeyi açıqlanmayıb.

Ekspertlər nə deyir?

Avstriyalı hərbi ekspert, polkovnik Mattias Vasinger “ntv.de”yə müsahibəsində bildirib ki, İsrailin əsas marşrutu İordaniya və İraq üzərindən keçə bilər.

O qeyd edir ki, İordaniya İsraillə münasibətlərdə ümumiyyətlə qarşıdurmadan uzaq durur.

Vasinqer həmçinin İsrailin F-35 təyyarələrinin “stealth” texnologiyasına malik olduğunu, yəni radarlar üçün görünməzliyini vurğulayıb. Bu da onlara müəyyən ölkələrin hava məkanından iz qoymadan keçməyə şərait yaradır.

İsrailin İrana hava zərbələri ilə bağlı bütün detallar sirr olaraq qalır. Marşrutların konkretliyi, beynəlxalq razılaşmaların olub-olmaması, texnologiyanın dəqiq imkanları barədə açıq informasiya yoxdur.

Lakin bir fakt dəyişməzdir ki, İsrail, bu cür strateji hücumlar üçün ən yüksək səviyyədə texnologiya, siyasi koordinasiya və bölgədəki de-fakto üstünlüyündən istifadə edir. Bu isə qarşıdakı günlərdə daha genişmiqyaslı eskalasiyanın ola biləcəyindən xəbər verir. 

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol