• $
  • €
  • ₽
  • ₺
  • £

18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirildi

18 nömrəli tam orta məktəbdə bullinqə qarşı maarifləndirmə sessiyaları keçirildi
19.06.2025 14:57

 

 

Bullinq şagirdlərin psixoloji sağlamlığını ciddi şəkildə pozan, onların inkişafına mənfi təsir göstərən, özlərinə inamını və sosial bacarıqlarını zədələyən hərəkətlərdir. Bu səbəbdən də bullinqin qarşısını almaq və məktəblərdə sağlam psixoloji mühit yaratmaq son dərəcə vacibdir. Elə bu məqsədlə də cari ilin yanvar ayında Kapital Bank-ın təşəbbüsü və maliyyə dəstəyi, “Dərs Evi” tədris mərkəzinin təşkilatçılığı, eləcə də Azərbaycan Respublikasının Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Dəyişiklik səndən başlayır!” adlı sosial layihəyə start verilib. Layihə ümumtəhsil məktəblərində bullinqə qarşı mübarizə və bu mövzuda maarifləndirməni hədəfləyir.

Layihə çərçivəsində Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə məktəbin şagird və müəllim heyəti, eləcə də valideynlər üçün  davamlı maarifləndirici ssesiyalar keçirilib. Təlimlər “Travli.net” mərkəzinin ekspertləri və “Dərs Evi” tədris mərkəzinin mütəxəssisləri tərəfindən icra edilib. Daha sonra layihənin effektivliyinin ölçülməsi məqsədi ilə sorğu və qiymətləndirmə mərhələsi baş tutub. 

Qeyd edək ki, “Dəyişiklik səndən başlayır!” layihəsinin ilk mərhələsində beynəlxalq “Travli.net” mərkəzinin ekspertləri tərəfindən “Dərs Evi” tədris mərkəzinin müəllimləri üçün xüsusi təlimlər təşkil olunub. Bu təlimlər sayəsində müəllimlər bullinqlə bağlı bilik və bacarıqlarını təkmilləşdirərək digər müəllim həmkarlarına, şagird və valideynlərə maarifləndirici sessiyalar keçmək bacarıqlarına yiyələniblər. 

Layihənin əsas məqsədi məktəblərdə psixoloji mühiti daha da sağlamlaşdırmaq, şagirdlər arasında zorakılıq hallarının qarşısının alınması, müəllim və valideynlərin bullinqin tanınması və qarşısının alınması istiqamətində maarifləndirilməsidir. Bu yanaşma təhsil mühitində qarşılıqlı anlayış və empatiyanın güclənməsinə xidmət edir.

Kapital Bank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mövzulara xüsusi önəm verir. Bullinqə qarşı bu təşəbbüs Bankın sosial rifaha, təhsilin inkişafına və gələcək nəsillər üçün sağlam mühitin formalaşmasına verdiyi töhfənin daha bir nümunəsidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün –//kbl.az/prgtk, Birbank kartı sifarişi üçün –//kbl.az/prcrc.

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol