• $
  • €
  • ₽
  • ₺
  • £

Suriyada mücahidlər “SOCAR”ın avtomobilini ələ keçirib?

Suriyada mücahidlər “SOCAR”ın avtomobilini ələ keçirib?
07.01.2014 12:27
Suriyada mücahidlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) - “SOCAR”ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. APA-nın məlumatına görə, Bəşər Əsəd qüvvələrinə qarşı Azad Suriya Ordusunun tərkibində vuruşan mücahidlər fotosunu da yaydıqları, üzərində “SOCAR”ın loqotipi əks olunan yanacaqdaşıyan avtomobilin ARDNŞ-ə məxsus olduğunu iddia edirlər. APA həmin fotonu əldə edib. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə APA-ya açıqlamasında həmin avtomobilin üzərindəki “SOCAR” loqotipinin saxta olduğunu bildirib: “Bizim Suriyada heç bir biznesimiz yoxdur və təbii ki, bu maşın da bizə aid ola bilməz. Digər tərəfdən fotonu böyüdüb, “O” hərfinə diqqət yetirdikdə, bu loqotipin saxta olduğu aşkar görünür. Başqa ölkələrdə də “SOCAR”ın loqotipinin saxtalaşdırılması hallarına rast gəlinib və bunun qarşısı alınıb. Belə hallar bir daha onu göstərir ki, “SOCAR”-ın işgüzar imici yüksəkdir, onun loqotipindən saxtalaşdırıb istifadə edirlər”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol