• $
  • €
  • ₽
  • ₺
  • £

Suriya-Türkiyə sərhədində atışma

Suriya-Türkiyə sərhədində atışma
07.01.2014 10:07
Suriyanın Türkiyə ilə sərhəd bölgəsində, 2 müxalif qruplaşma arasında silahlı insident baş verib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlıurfa vilayəti Akçakale rayonunun 100 metrliyində Suriyanın Təl Əbyəd bölgəsində baş verib. Məlumata görə, “Əl-Qaidə” terror qruplaşmasına bağlı İraq Dəməşq İslam cəbhəsi ilə digər müxalif qrup “Əl-Nüsra” arasında 3 gün əvvəl silahlı toqquşma baş verib. İnsidentə, “Əl-Nüsra”nın nəzarətində olan Aynəlarus qəsəbəsini əlqaidəçilərin ələ keçirmək istəyi səbəb olub. Qruplar arasında baş vermiş silahlı insident səbəbindən mülki əhali bölgəni tərk etməyə başlayıb. Ölkədə, müxalif qruplaşmalar arasında başlayan toqquşmanın bütün Suriyaya yayılacağına dair təşviş yaranıb. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol