• $
  • €
  • ₽
  • ₺
  • £

Hakerlər Trampın müttəfiqlərindən oğurlanmış məktubları yaymaqla hədələyir

Hakerlər Trampın müttəfiqlərindən oğurlanmış məktubları yaymaqla hədələyir
01.07.2025 08:42

İrana bağlı hakerlər ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindəki şəxslərdən oğurlanmış elektron məktubları dərc etməklə hədələyiblər.

Reuters-in məlumatına görə, hakerlər Ağ Evin aparat rəhbəri Syuzan Uayls, Trampın vəkili Lindsi Halliqan, müşaviri Rocer Stoun və porno aktrisa Stormi Danielsin hesablarından ümumilikdə 100 qiqabayta yaxın məlumat əldə etdiklərini bildiriblər.

Hakerlər məktubların məzmununu açıqlamayıblar, lakin onların satışını istisna etməyiblər.

“Wall Street Journal” qəzeti may ayında Ağ Evin aparat rəhbəri Uaylsın şəxsi yazışmalarının sındırıldığını və onun adından Konqres üzvlərinə və şirkət rəhbərlərinə məktublar göndərildiyini yazmışdı.

Mənbələrə görə, iranlı hakerlər ötən il Trampın mümkün vitse-prezident namizədi Ceyms Devid Vensə dair məlumatları da Uaylsın hesabından əldə ediblər.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol