• $
  • €
  • ₽
  • ₺
  • £

Putin və Tramp arasında görüş başa çatıb- Yenilənib

Putin və Tramp arasında görüş başa çatıb- Yenilənib
16.08.2025 04:33

Rusiya Prezidenti Vladimir Putin ABŞ-li həmkarı Donald Trampla keçirilən görüşdən sonra Alyaskadan ayrılıb.Bu barədə TASS xəbər verib.

 

***

 

Amerika və Rusiya nümayəndə heyətlərinin Ankoricdə (Alyaska) danışıqlardan sonra baş tutmalı olan birgə şam yeməyi ləğv edilib.Bu barədə RT-nin müxbirləri hadisə yerindən məlumat veriblər.

Ağ Ev ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra Vaşinqtona qayıtdığını açıqlayıb.

 

***

 

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış ediblər.

Rusiya-Amerika sammitinin yekunları üzrə ABŞ-li həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, müharibədən yayınmaq olardı.

Üç saata yaxın davam edən dar formatlı görüşdə tərəflər geniş spektrli məsələləri, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Mətbuat konfransı zamanı Putin Trampı Moskvaya səfərə dəvət edib. "Yəqin ki, məni qınayacaqlar, amma düşünürəm ki, bu tamamilə mümkündür", - deyə Tramp cavab verib.

Donald Trampın qısa çıxışından sonra mətbuat konfransı başa çatıb.

 

***

 

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş başa çatıb.

3 saatdan çox davam edən görüşdə ABŞ tərəfindən dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov iştirak edib.

İki ölkə liderinin mətbuat konfransında çıxış etmələri gözlənilir.

 

23:33

 

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş başlayıb.

 

23:01

 

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlayıb.Bu barədə  Ağ Evin mətbuat xidməti məlumat verib.

 

 

***

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada görüş “3+3” formatında keçiriləcək. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

"Prezident Tramp və prezident Putin arasında əvvəllər planlaşdırılan təkbətək görüş üçün üçə formatda olacaq. Prezident Trampla yanaşı, görüşdə ABŞ dövlət katibi Marko Rubio və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak edəcək", - Livitt bildirib.

 

***

 

ABŞ Prezidenti Donald Trampın təyyarəsi Rusiya lideri Vladimir Putinlə görüş öncəsi Alyaskaya eniş edib.Bu barədə Ağ Evdən bildirilib.

 

***

 

Rusiya Prezidenti Vladimir Putinin olduğu təyyarə ABŞ Prezidenti Donald Trampla görüşün keçiriləcəyi Alyaska ştatının Ankoric şəhərinə eniş edib.Bunu "Flightradar24" xidmətinin məlumatları təsdiqləyir.

Rusiya liderinin təyyarəsinin uçuşunu onlayn rejimdə 469 mindən çox insan izləyib.

 

19:23

 

Rusiya Prezidenti Vladimir Putin Ağ Ev rəhbəri Donald Trampla görüş üçün , RA-64531 xüsusi reysi ilə Maqadandan Alyaskaya  uçub.Bu barədə Rusiya KİV xəbər verir.

Təyyarə avqustun 15-də yerli vaxtla saat 11:00-da Ankoric şəhərinə enəcək.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol