• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün Afrika mənşəli xalqların Beynəlxalq Günüdür

Bu gün Afrika mənşəli xalqların Beynəlxalq Günüdür
31.08.2025 10:14

31 avqust Afrika mənşəli xalqların Beynəlxalq Günü kimi qeyd edilir. Bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilib və məqsədi Afrika mənşəli xaqların zəngin mədəni irsini, müxtəlif mədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri geniş ictimaiyyətə çatdırmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi ciddi problemlərə diqqət çəkmək, onların fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir.

Bu günün qeyd olunması təkcə Afrika mənşəli xalqların deyil, ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan əhəmiyyətli addımdır.

Tarix boyu Fransa müstəmləkə siyasəti çərçivəsində Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımı aktları həyata keçirib, insan haqlarını kobud şəkildə pozub və bu siyasətini hələ də davam etdirməkdədir. Fransa Afrikada yerləşən keçmiş müstəmləkələrində neokolonial siyasət həyata keçirməklə yanaşı, Reyunyon, Mayot, Qvadelup, Martinik və Fransız Qviyanası kimi müstəmləkə idarəçiliyi altında saxladığı ərazilərdə Afrika mənşəli xalqlara qarşı uzun illərdən bəri davam edən sosial, iqtisadi və siyasi basqılar edir. Bu siyasət çərçivəsində Fransa, yerli xalqların siyasi müstəqillik və iqtisadi sərbəstlik hüquqlarını məhdudlaşdırır, milli kimliklərin zəiflədilməsinə səbəb olur və təbii sərvətləri öz nəzarəti altında saxlamağa çalışır.

Reyunyon və Mayot adalarında əhali ciddi sosial və iqtisadi ədalətsizliklərlə üzləşir. İşsizlik səviyyəsi 30%-dən yüksəkdir, xüsusilə gənclər arasında işsizlik daha kəskin müşahidə olunur. Səhiyyə və təhsil sahələrində resurs çatışmazlığı insanların həyat keyfiyyətini aşağı salır. Qvadelup və Martinikdə də yüksək işsizlik (35%-dən çox), diskriminasiya və polis zorakılığı kimi sosial problemlər mövcuddur. Yerli əhali mədəni kimliklərini qorumaq üçün dövlət dəstəyindən məhrumdur. Fransız Qviyanasında işsizlik təxminən 40%-dir. Təbii sərvətlərin istismarı tamamilə Fransanın nəzarətindədir və yerli əhali iqtisadi faydaların çox hissəsindən məhrumdur.

Bakı Təşəbbüs Qrupu paytaxt Bakı şəhərində Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Afrika mənşəli xalqların yaşadığı Reyunyon, Mayot, Qvadelup və digər müstəmləkə ərazilərinə həsr edilmiş beynəlxalq konfranslar təşkil edib, bu ərazilərdə yaşayan yerli xalqların, o cümlədən Afrika mənşəli xalqların müstəmləkəçilikdən qaynaqlanan problemlərinin BMT tribunasında qaldırılması istiqamətində çoxsaylı əməli fəaliyyət ortaya qoyub. Təşkilat Fransa hökumətini adı çəkilən ərazilərdə törətdiyi qanunsuzlar barədə cavab verməyə məcbur edib və BTQ-nin rəhbər heyəti BMT-nin Afrika mənşəli xalqlar üzrə Daimi Forumlarında iştirak edərək onların fəaliyyətinə dəstək nümayiş etdirib.

BTQ Fransanın bu ərazilərdə uzun illər ərzində bilərəkdən yaratdığı sosial və iqtisadi bərabərsizlikləri, milli kimliklərin sistemli şəkildə məhv edilməsini ətraflı dərc etdirdiyi hesabatlarında və sənədləşdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu hesabatlarda Fransanın müstəmləkə siyasətindən irəli gələn insan hüquqları pozuntuları, iqtisadi və siyasi bərabərsizliyin davam etməsi, habelə mədəni assimilyasiya ilə milli kimliklərin itirilməsi mövzuları geniş şəkildə işıqlandırılıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol