• $
  • €
  • ₽
  • ₺
  • £

"Tehrandan paytaxtı Təbrizə köçürməzlər"

"Tehrandan paytaxtı Təbrizə köçürməzlər"
29.05.2020 09:10

“İran hakimiyyəti heç vaxt Tehrandan paytaxtı azərbaycanlıların yaşadığı Təbriz şəhərinə köçürməz”. ANS PRESS-in verdiyi xəbərə görə, bunu İranda yaşayan şair İsmayıl Ülkər deyib. Onun sözlərinə görə, paytaxın köçürülməsi doğrudan da gündəmə gətirilsə, fars bölgələrindən biri seçiləcək. 

“Düzdür, Tehranın köçürülməsi xəbərini televiziyadan duyduq, ancaq bu ideya həyata keçsə belə, sonunda heç nə dəyişməyəcək. Xüsusilə azərbaycanlılar üçün heç nə dəyişməyəcək, sadəcə gündəmdə yenilik olacaq. Bu həm də ölkə üçün böyük bir məsrəf deməkdir. Tehranın Təbrizə köçürülməsi ideyası isə heç vaxt reallaşa bilməz”, - deyə İsmayıl Ülkər bildirib. 

Azərbaycan Yazıçılar Birliyinin Cənub bölməsinin sədri, yazıçı Sayman Aruz isə qeyd etdi ki, paytaxt Tehranın başqa şəhərə köçürülməsi məsələsi İran Məclisində müzakirə edilib, ancaq bunun son təsdiqi Ali Dini Liderdən asılıdır, ancaq paytaxtın hansı şəhərə köçürülməsi bəlli deyil. “Bir çoxları Təbrizin, İsfahanın adını çəkir. Təbriz seçilsə, bunun müsbət, mənfi tərəflərini müzakirə etmək olar. Ancaq İrandakı milli fəalların fikrincə, əgər paytaxt Təbrizə köçürülsə, bu, Təbrizin farslaşdırılması siyasətinə qulluq edər və bu da Təbriz kimi bir türk şəhərinin neytrallaşdırması siyasətini güdə bilər, ancaq heç bir hakimiyyət insanların dilini, mədəniyyətini əlindən ala bilməz. Biz Tehranı türkləşdirdik, ancaq onlar Təbrizi farslaşdıra bilməzlər”, - deyə yazıçı Sayman Aruz belə vurğulayıb.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol