Misirin sabiq baş naziri həbs edildi
Misirdə keçmiş hökumət rəhbəri Hişam Qəndil ötən gün axşam saatlarında həbs edilib. APA-nın “Əl Cəzirə” telekanalına istinadən verdiyi xəbərə görə, Hişam Qəndil Məhəmməd Mursinin prezidentliyi dövründə baş nazir vəzifəsində çalışıb. O, ötən gün axşam saatlarında paytaxt Qahirənin ətrafındakı evlərin birində saxlanılıb. Məlumata görə keçmiş baş nazir artıq “Müsəlman qardaşlar” hərəkatının bir çox liderlərinin saxlanıldığı Tora həbsxanasına yerləşdirilib. Bəzi məlumatlara görə, o qonşu Sudana qaçmağa hazırlaşırmış. ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Dünya 23:52 Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 21:39 Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 19:30 Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 18:30 Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 15:56 Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 14:19 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 13:41 Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 23:45 ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 21:41 Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb