• $
  • €
  • ₽
  • ₺
  • £

Danimarka 15 yaşdan kiçik uşaqlara sosial mediadan istifadəni qadağan edir

Danimarka 15 yaşdan kiçik uşaqlara sosial mediadan istifadəni qadağan edir
08.10.2025 12:19

Danimarka hökuməti 15 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsini qadağan etdiyini elan edib. Baş nazir Mette Frederiksen bu addımı uşaqların psixoloji sağlamlığını qorumaq məqsədi ilə əsaslandırıb.

Frederiksenin sözlərinə görə, sosial şəbəkələr və mobil telefonlar “uşaqların uşaqlığını oğurlayır”.

Hökumətin təqdim etdiyi statistikaya əsasən, ölkədə 13 yaşına çatmamış yeddinci sinif şagirdlərinin 94%-nin artıq sosial media hesabı var. 11-19 yaşlı oğlanların təxminən 60%-i isə boş vaxtlarında dostları ilə görüşmür.

Bu qərar Danimarkanın artıq 2025-ci ilin fevralından tətbiq etdiyi məktəblərdə mobil telefon yasağı ilə paralel şəkildə həyata keçirilir.

Rəqəmsal məhdudiyyətlər qlobal səviyyədə geniş müzakirə olunur.

Yunanıstan, 2025-ci ilin iyun ayında Avropa İttifaqına sosial şəbəkələrdə valideyn razılığı olmadan qeydiyyat yaşının ("rəqəmsal yetkinlik") müəyyən olunması təklifini irəli sürüb. ABŞ, Fransa və Avstraliya kimi ölkələrdə də oxşar təşəbbüslər gündəmdədir.

Gülnar 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol