• $
  • €
  • ₽
  • ₺
  • £

Luvrdan Napoleon və imperatriçanın zinət əşyaları oğurlanıb

Luvrdan Napoleon və imperatriçanın zinət əşyaları oğurlanıb
19.10.2025 14:56

Naməlum şəxslər Parisdəki Luvr muzeyindən Napoleon və imperatriça Jozefina kolleksiyalarından zinət əşyaları oğurlayıblar.Bu barədə Fransa mətbuatı xəbər verir.

Qarətçilərin oğurluqdan sonra "TMax" markalı motosikletə minərək A6 avtomobil yoluna doğru getdikləri iddia edilir.

Qeyd olunur ki, oğurluğun baş verdiyi Apollon Qalereyası Luvrda muzeyin ən qiymətli tarixi kolleksiyalarının yerləşdiyi əlamətdar yerdir.

Ziyarətçilər və muzey işçiləri arasında xəsarət alan olmayıb. Lakin şahidlər hadisə zamanı təşviş yaşadıqlarını bildiriblər.

"France Inter" radiosuna müsahibə verən daxili işlər naziri Loran Nunes naməlum şəxslərin forkliftlə binaya daxil olduğunu,zinət əşyalarını cəmi 7 dəqiqəyə oğurladıqlarını söyləyib. Nazir bunun bir qrup şəxs tərəfindən diqqətlə planlaşdırılmış oğurluq hadisəsi olduğunu iddia edib.

"Le Parisien" bildirib ki, oğurlanmış daş-qaşlardan biri muzeyin yaxınlığında tapılıb. Bunun İmperator Yevgeninin sındırılmış tacı olduğu güman edilir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol