• $
  • €
  • ₽
  • ₺
  • £

İrandan Rza Zərrabla bağlı AÇIQLAMA

İrandan Rza Zərrabla bağlı AÇIQLAMA
29.05.2020 09:08
İran Xarici İşlər Nazirliyi Türkiyədə keçirilən korrupsiya və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunmuş iş adamı Rza Zərrabla bağlı açıqlama verib.APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran xarici işlər nazirinin Asiya və Sakit okean regionu üzrə müavini İbrahim Rahimpur bildirib ki, Türkiyədəki son hadisələr tək R.Zərrabla bağlı deyil: “Məsələ bu ölkədəki quruluşun pərdə arxasında cərəyan edən qarşıdurmalardan qaynaqlanır”. Onun sözlərinə görə, soyadını Sərraf olaraq dəyişdirmiş iş adamı haqqında bəzi iddialar ortaya atılıb: “Biz mövzunu hələ araşdırdığımızdan, bir qiymətləndirmə edə bilməyəcəyik. Düzdür, İranla bağlı bəzi iqtisadi əlaqələr gündəmə gətirilib. Lakin bu məsələ Türkiyənin daxili məsələsidir. Mövzu qarmaqarışıq olduğundan, mühakimə üçün şərtlər əlverişli deyil”. İ.Rahimpur R.Zərrabın rəsmi şəxs və dövlətlə əlaqəsi olmadığından, onun həyata keçirdiyi bank əməliyyatlarının İranla nə qədər əlaqəli olduğu haqqında məlumatlara malik olmadığını deyib: “Son bir həftədəki bütün məlumatlar medianın ortaya atdığı məlumatlardır. Ancaq həyata keçirilən həbslər mövzunun ciddiliyini göstərir”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol