• $
  • €
  • ₽
  • ₺
  • £

Nazarbayevin keçmiş kürəkəni qətldə şübhəli bilinir

Nazarbayevin keçmiş kürəkəni qətldə şübhəli bilinir
29.05.2020 05:18
Qazaxıstanın Baş Prokurorluğu prezident Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyevə qarşı yeni ittihamlar sürüb.APA-nın “Tengrinews” xəbər portalına istinadən verdiyi məlumata görə, prezidentin keçmiş qohumunun adı bu dəfə müxalifətçi Altınbek Sarsenbayevin 2006-cı ildə baş vermiş qətli ilə bağlı hallandırılır. Prokurorluq israr edir ki, Rahat Əliyevin bu cinayətlə əlaqəli olması haqqında məlumat 2012-ci ilin aprelində alınıb. İstintaq araşdırmaları R. Əliyevin A. Sarsenbayevin qətlinin sifarişi və təşkilində iştirak versiyasını təsdiq edib. R. Əliyev əvvəllər Qazaxıstan prezidentinin böyük qızı Dariqa ilə evli olub. Bizneslə məşğul olan R. Əliyev eyni zamanda, güc strukturlarında (Milli Təhlükəsizlik Komitəsi, Prezidentin Mühafizə Xidməti) çalışıb. Sonra isə Qazaxıstanın Avstriyadakı səfiri təyin edilib. Bir neçə il əvvəl iki bank menecerinin itkin düşməsi ilə bağlı R. Əliyevə qarşıinsan oğruluğu və hədə ilə pul almaq ittihamları səslənib. Hüquq-mühafizə orqanları əvvəlcə bu ittihamlara cavab verməsə də, R. Əliyev və N. Nazarbayev arasında münasibətlərin gərginləşməsi vəziyyəti dəyişib. Nəticədə R. Əliyev adam oğurluğu və reketçilikdə ittiham edilib, qiyabi olaraq 20 il azadlıqdan məhrum edilib. Prezidentin qızı artıq məhkəmə qərarından öncə Avstriyada yaşayan ərindən ayrılıb. Daha sonra R. Əliyev daha bir ittihamla qarşılaşıb. O, dövlət çevrilişi cəhdində günahlandırılaraq daha 20 il müddətinə azadlıqdan məhrum edilib. R. Əliyev isə bütün ittihamları rədd edir, özünü siyasi təqiblərin qurbanı sayır. Müxalifətçi A. Sarsenbayev 2006-cı ilin fevralında qətlə yetirilib. Qətllə əlaqədar Senatın keçmiş Aparat rəhbəri Erjan Utembayev daxil olmaqla, 10 nəfər azadlıqdan məhrum edilib. Aparat rəhbəri qətlin sifarişçisi qismində ittiham olunub. Qeyd edək ki, hələ 2011-ci ildə Qazaxıstan Prokurorluğu bu işin qapandığını bildirib.  R. Əliyev isə özünün “Xaç atası” kitabında yazır ki, müxalifətçi Sersanbayevin qətlini prezident N. Nazarbayev təşkil edib. Əməliyyatın fəal iştirakçısı, Senatın spikeri Nurtay Abıkayev isə sonradan Milli Təhlükəsizlik Komitəsinin başçısı təyin edilib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol