• $
  • €
  • ₽
  • ₺
  • £

Qışda dünyada hava necə dəyişəcək?

Qışda dünyada hava necə dəyişəcək?
01.12.2025 16:15

2025-ci ilin avqust–oktyabr aylarında qlobal okean səthi temperaturu normadan yuxarı qalsa da, Ekvatorial Sakit okeanda istilik anomaliyaları zəifləyərək zəif La Nina(tropik Sakit okeanında temperaturun normaldan aşağı düşməsi nəticəsində yaranan iqlim hadisəsi) şəraitinə doğru irəliləyib. Bu barədə məlumatı Beynəlxalq Okean Komissiyası (BOK) paylaşıb. 

Şimali Sakit okean ən isti bölgə olaraq qalır. BOK bildirir ki, temperatur sapmaları 2025/26-cı ilin qışında daha da azalacaq və atmosfer dövriyyəsində La Nina üçün xarakterik proseslər güclənəcək.

Çoxmodelli proqnozlar Şimali Amerikanın cənubu və şimal-şərqi, Mərkəzi Amerika, Karib və Arktikada qış temperaturunun normadan yuxarı olma ehtimalının artdığını göstərir.

Yeni Zelandiya və Cənubi Amerikanın cənubunda da oxşar istilik tendensiyası gözlənilir.

Eyni zamanda, Şimali Amerika, Mərkəzi Amerikanın cənubu, Karib, Şimali Avropa və Asiyanın 50° şimal enindən yuxarı bölgələrində yağıntıların artması proqnozlaşdırılır.

Bu proqnozlar son illərdə rekord səviyyədə müşahidə olunan okean istiləşməsi fonunda açıqlanır.

Gülnar 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol