• $
  • €
  • ₽
  • ₺
  • £

Putin: “Ukrayna AB-nin texniki standartlarını qəbul edərsə...”

Putin: “Ukrayna AB-nin texniki standartlarını qəbul edərsə...”
29.05.2020 02:39
 “Biz assosiasiyaya qarşı deyilik, lakin öz iqtisadiyyatımızı müdafiə etmək məcburiyyətindəyik”.APA-nın xəbərinə görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib. Rusiyanın Ukraynaya satdığı təbii qazın qiymətini aşağı salması və bu ölkəyə kredit verməsinin səbəblərindən danışan V. Putin bildirib ki, əsas səbəb mürəkkəb iqtisadi vəziyyətlə üzləşən Ukrayna xalqına dəstək verməkdir: “Bu gün biz görürük ki, Ukrayna mürəkkəb iqtisadi və sosial-siyasi vəziyyətlə üzləşib. Biz yaxın qohum kimi davranmalıyıq və Ukrayna xalqına dəstək olmalıyıq”. V. Putin Rusiyanın bundan əvvəlki Yuliya Timoşenko hökuməti ilə də fəal işlədiyini söyləyib. O, Ukraynanın Rusiya və Avropaya eyni miqdarda mal satdığını, lakin bu iki tərəfin iqtisadi strukturlarının fərqli olduğunu vurğulayıb: “Biz assosiasiyanın əleyhinə deyilik, lakin öz iqtisadiyyatımızı müdafiə etmək məcburiyyətindəyik. Əgər Ukrayna AB-nin texniki standartlarını qəbul edərsə, o, Rusiyaya heç nə sata bilməz”.   ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol