• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə polisdən çıxarılanların sayı 21-ə çatdı

Türkiyədə polisdən çıxarılanların sayı 21-ə çatdı
29.05.2020 02:42
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəni sarsıdan “rüşvət əməliyyatı”na münasibət bildirib. O bəyan edib ki, baş verənlər Türkiyə dövlətinə qarşı qurulmuş oyundur. “Gəzi parkı hadisələrində uğur əldə edə bilməyənlər yeni bir addım atdılar”, - deyən baş nazir bildirib ki, dövlət içində dövlət olan mütəşəkkil dəstə mütləq meydana çıxarılacaq. Ərdoğan qeyd edib ki, Türkiyə iqtidarı 2023-cü ilədək Türkiyəni dünyanın ilk on ölkəsinin arasında görmək uğrunda mübarizə apardığı bir vaxtda kimlərsə bu inkişafı dayandırmaq barədə düşünür. Rəcəb Tayyib Ərdoğan “rüşvət əməliyyatı”nı “çirkli əməliyyat” adlandırıb. Bu arada isə “rüşvət əməliyyatı” ilə bağlı yeni faktlar ortaya çıxıb. Bunlardan biri və ən önəmlisi azərbaycanlı iş adamı Rza Zərrabla bağlıdır. Belə ki, onun ofisində keçirilən axtarış zamanı iş adamının verdiyi rüşvətlərin siyahısı tapılıb. Bundan başqa, Rza Zərrabla daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər arasında korrupsiya əlaqələrinin olduğunu təsdiləyən fotolar yayımlanıb. İzləmə zamanı Müəmmər Gülərin oğlunun ofisi ətrafında çəkilən fotolar üç şübhəlinin Barış Gülərə 3 milyon dollar rüşvət verdiyinin dəlili kimi təqdim olunur. Başqa bir fotoda isə Rza Zərrab və Barış Gülər birlikdə görünür. Bu dəfəki görüş yeri Rza Zərrabın ofisidir. İçəri çantasız girən nazir olduğunun çıxanda apardığı çantada 800 min dolların olduğu iddia edilir. Baş nazirin müavini Bülənd Arınç da istintaqla bağlı çox vacib detallardan birini açıqlayıb. Onun sözlərinə görə, saxlanılanlar dindirmə zamanı verdikləri ifadələrində 4 nazirin və bir bələdiyyə sədrinin adını çəkiblər. Korrupsiya əməliyyatı çərçivəsində həbs edilənlərdən 9-u ötən axşam azadlığa buraxılıb. Saxlanılanlardan 28-i təkrar tibbi müayinədən keçirilib və elə xəstəxanada onlardan 9-u azad edilib. Onlar xəstəxananı arxa qapıdan tərk ediblər. Azadlığa buraxılanlar arasında məşhurlardan və məmur övladlarından heç kim yoxdur. Türkiyənin polis sistemində köklü dəyişikliklər də davam edir. Qalmaqallı əməliyyatı həyata keçirən İstanbul polisində 6 rəis müavini işdən çıxarılıb. Onların arasında şəhərin polis rəisinin müavini Hüseyn Çapkının iki müavini də var.Ankara polisində 18, Bursa polisində isə 3 şöbə müdirinin iş yeri dəyişdirilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, polis sistemindən qovulmalar bununla məhdudlaşmayacaq və proses başqa əyalətlərdə də davam edə bilər.Dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında üç nazirin övladları da olmaqla, 52 nəfər həbs edilib. Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan, azərbaycanlı iş adamı Rza Zərrab və tanınmış biznesmen Əli Ağaoğlu da var."Yeni Müsavat" qəzeti
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol