• $
  • €
  • ₽
  • ₺
  • £

2013-cü ilin adamı seçildi

2013-cü ilin adamı seçildi
29.05.2020 05:59

Bəzi məlumatlara görə, o öz yeməklərini özü hazırlayır.

Amerikanın “Time” jurnalının versiyasına görə, Roma Papası I Fransisk “2013-cü ilin adamı” seçilib.

ANN.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə “Time” jurnalının “Twitter” hesabında məlumat verilib.

İlin adamı adına 10 nəfər iddialı idi. Bunlar ABŞ prezidenti Barak Obama, Suriya prezidenti Bəşər Əsəd, “Amazon” onlayn dükanının banisi Ceff Bezos, Texas ştatından olan senator Ted Kruz, müğənni Mayli Sayrus, Roma Papası 1-ci Fransisk, Misir Silahlı Qüvvələrinin baş komandanı Əbdüllətif Sisi, İran prezidenti Həsən Ruhani, ABŞ-ın səhiyyə naziri Ketlin Sebelius, ABŞ kəşfiyyatını faş edən Edvard Snouden və cinsi azlıqların hüquqları uğrunda mübarizə aparan Edit Uinsdor idi.

Bu ilin mart ayında Roma papası seçilən Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub. Kimya üzrə texnik diplomu alıb. Buenos-Ayresdə Villa Devoto seminariyasında təhsil alıb. Yezuitlər ordeninə 11 mart 1958-ci ildə daxil olub. Çilidə noviziat mərhələsi (Monax ordeninə daxil olmaq üçün sınaq müddəti) keçib. Sonra da Buenos-Ayresdə müqəddəs İosif kollecində təhsilini davam etdirib. Buenos-Ayresin üç kollecində ədəbiyyat, fəlsəfə və dinşünaslıq dərsləri keçib. İtalyan dilində sərbəst danışır.

1969-cu ildə Berqolyo Argentina paytaxtındakı San-Migel kollecinin dinşünaslıq fakültəsinin professoru təyin olunub. 1970-ci illərdə Argentinanın yezuitlər ordenində müxtəlif vəzifələr tutub. 1973-79-cu illərdə Argentinanın provensialı olub. 1986-cı ildə Almaniyada doktorluq dissertasiyasını müdafiə edib, vətəninə ruhani və Kordova arxiyepiskopluğunun mənəvi direktoru olaraq dönüb.

1992-ci ildə Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. 1997-ci ildə Buenos-Ayres arxiyepiskopunun koadyuttoru (yepiskopluğun varislik hüququna sahib olan yepiskopu) təyin olunub. 1998-ci ildə kardinal Kvarrasino öldükdən sonra onun vəzifələrini icra etməyə başlayıb. Papa II İohan Pavel 2001-ci ildə ona kardinal rütbəsi verib.

Kardinal Berqolyo ciddiliyi, konservatizmi və sosial ədalətə sadiqliyi ilə seçilib. Olduqca sadə həyat tərzi keçirir. Arxiyepiskoplara məxsus sarayda deyil, adi mənzildə yaşayır. Şəxsi sürücüdən və limuzindən imtina edərək ictimai nəqliyyatdan istifadə edib. Bəzi məlumatlara görə, öz yeməklərini özü hazırlayır. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol