• $
  • €
  • ₽
  • ₺
  • £

İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib

İran gəmisi sualtı qayıq hücumuna məruz qalıb, 80 nəfər ölüb - Yenilənib
04.03.2026 18:56

Hind okeanında ABŞ sualtı qayığının İran hərbi gəmisinə endirdiyi zərbə nəticəsində ən azı 80 nəfər həlak olub.Bu barədə Şri-Lankanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, endirilən zərbə nəticəsində batırılan İran gəmisi Hindistanın şərqindəki limandan İrana qayıdırdı.

17:27

ABŞ-nin sualtı qayığı Şri-Lanka sahillərində İran hərbi gəmisini batırıb.Bu barədə "Sky News" mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ hərbçilərinin zərbələri nəticəsində gəmi batırılıb.

Məlum olub ki, insident nəticəsində ən azı 140 nəfər itkin düşüb. Şri-Lanka kökuməti 32 nəfərin xilas edildiyini bəyan edib.

13:58

İran gəmisi Şri-Lanka sahillərində sualtı qayığın hücumuna məruz qalıb, ən azı 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.Bu barədə "Sky News" ölkənin hərbi-dəniz donanmasındakı mənbələrə istinadən məlumat yayıb.

Sualtı qayığın kimə məxsus olduğu barədə hələlik məlumat yoxdur.

Bu gün səhər saatlarında Şri-Lankanın xarici işlər naziri Vicita Herath hərbçilərin batan gəmidən ən azı 30 nəfəri xilas etdiyini bildirmişdi.

12:22

Şri-Lanka hərbçiləri öz ərazi sularında batan İran gəmisindən azı 30 nəfəri xilas ediblər.

 "Reuters" agentliyi xəbər verir ki, bunu Şri-Lankanın xarici işlər naziri Vicita Herath bəyan edib.

Daha əvvəl Şri-Lanka Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, ölkənin Hərbi-Dəniz Qüvvələri (HDQ) İran gəmisindən göndərilən təhlükə siqnalından sonra xilasetmə əməliyyatına başlayıb.

Şri-Lankanın XİN başçısı əlavə təfərrüatlar təqdim etməyib, lakin müvafiq tədbirlərin görüləcəyini bəyan edib.

Yerli KİV bildirib ki, gəmi ölkənin cənubundakı Qalle sahillərində təhlükə siqnalı göndərib və zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol