• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlıların iştirakı ilə kütləvi dava: ölən və yaralananlar var

Rusiyada azərbaycanlıların iştirakı ilə kütləvi dava: ölən və yaralananlar var
29.05.2020 05:47
Rusiyanın Voronej şəhərində azərbaycanlıların iştirakı ilə kütləvi dava olub. APA-nın “RİA Voronej”ə istinadən xəbərinə görə, hadisə azərbaycanlılara məxsus “Praqa” kafesinin qarşısında baş verib. Davaya səbəb ruslardan ibarət iki qrup arasındakı münaqişəyə azərbaycanlıların qarışması olub. Daha dəqiqi, ofisiant qız müxtəlif masalarda əyləşən müştərilərdən kafedə siqaret çəkməməyi xahiş edib. Qruplar arasında başlayan mübahisəyə iki azərbaycanlı da qoşulub və onlardan birinin tərəfini tutub. Mübahisəyə aydınlıq gətirmək üçün küçəyə çıxan qruplar arasında bıçaqlaşma baş verib. Nəticədə 20-32 yaşlı altı nəfər yaralanıb. Onlardan 19 yaşlı gənc reanimasiyada vəfat edib, bir yerli sakinin və bir azərbaycanlının vəziyyəti isə ağırdır. Hadisə yerindən avtomobillə qaçmağa çalışan üç nəfər polis tərəfindən saxlanılıb. Onlardan biri 19 yaşlı gəncin qətlində təqsirləndirilir. Hazırda azərbaycanlıya bıçaq xəsarəti yetirən Voronej sakininin axtarışı aparılır. Davada iştirak edən beş azərbaycanlının heç də hamısının Rusiyada qalmaq və işləmək icazəsinin olmadığı bildirilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol