• $
  • €
  • ₽
  • ₺
  • £

İran yenidən Hörmüz boğazını bağlayıb

İran yenidən Hörmüz boğazını bağlayıb
18.04.2026 15:32

ABŞ-nin İrandan və İran istiqamətində gəmilərin keçidinə tam şəkildə sərbəst hərəkətinə vermədiyi zamana qədər Hörmüz boğazındakı vəziyyət tam şəkildə nəzarətdədir və əvvəlki vəziyyətə qaytarılıb.

Bunu İranın Xatəm əl-Ənbiya Qərargahının sözçüsü İbrahim Zülfüqari yerli mediaya müraciətində deyib.

Onun sözlərinə görə, müxtəlif tərəflərlə müzakirələrlə əldə olunan razılaşma əsasında İran bir sıra neft tankerləri və ticarət gəmilərinin nəzarətlə Hörmüz boğazından keçməsinə razılıq vermişdi. Lakin ABŞ tərəfi İran limanlarının blokadasını davam etdirir.

“Bu səbəbə görə, Hörmüz boğazına nəzarət əvvəlki vəziyyətə qayıdıb və strateji əhəmiyyət kəsb edən bu boğaz İran Silahlı Qüvvələrinin sərt nəzarətindədir”, – deyə o qeyd edib.

ABŞ 13 apreldən İrana limanlarına dəniz blokadası tətbiq edib. Bu günə qədər ABŞ tərəfi İranın 21 gəmisinin saxlanılaraq geri qaytarıldığını elan edib.

 ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol