• $
  • €
  • ₽
  • ₺
  • £

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV

İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçib - KİV
28.04.2026 23:10

İranda faktiki hakimiyyətin artıq İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərlərinin nəzarətinə keçdiyi iddia olunur.Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik yazır ki,  ölkədə vahid və mübahisəsiz dini lider mərkəzi artıq mövcud deyil.Müharibənin ilk günündə İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsi, həmçinin yaralı oğlu Müctəba Xameneinin ön plana çıxması SEPAH komandirlərinin dominant olduğu yeni siyasi nizam formalaşdırıb.

Nəşrin danışdığı analitiklərin fikrincə, Müctəba Xamenei formal olaraq sistemin başında görünsə də, onun əsas rolu generalların qəbul etdiyi qərarları legitimləşdirməkdən ibarətdir.

Mənbələrin sözlərinə görə, İranın hərbi strategiyası və əsas siyasi qərarları hazırda SEPAH-ın nəzarətində olan dar mühafizəkar çevrə tərəfindən müəyyənləşdirilir. Bildirilir ki, ABŞ ilə aparılan diplomatik danışıqlarda xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqer Qalibaf iştirak etsələr də, əsas qərarverici fiqur kimi SEPAH komandiri Əhməd Vahidi çıxış edir. Reuters qeyd edir ki, atəşkəs elan olunan gecə danışıqlarda həlledici rolu da məhz Vahidi oynayıb.

Xatırladaq ki, bundan əvvəl İran ordusu müharibənin başa çatması ilə bağlı rəsmi bəyanat yaymışdı.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol