• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO

Keçmiş ICC prokurorunun videosunda Paşinyanın uzaqlaşdırılması və Borrel ilə bağlı iddialar yer alıb- VİDEO
30.04.2026 11:40

BMT Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş prokuroru Luis Moreno Okampo ilə bağlı yayılan video görüntülərdə onunErmənistanın baş naziri Nikol Paşinyan barədə fikirlər səsləndirdiyi yer alıb. 

Videoda Tomas Moreno Okampo bildirir ki, məqsədlərdən biri Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Luis Moreno Okampo Argentina vətəndaşıdır və Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru olub. Son illərdə o, müxtəlif beynəlxalq hüquq və siyasi məsələlərlə bağlı fəaliyyət göstərib.

Videoda Luis Moreno Okampo Avropa institutları ilə işləmək imkanlarından danışır və komandasında Avropa siyasəti ilə bağlı təcrübəli şəxsin olduğunu bildirir.

“Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var — o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi məsləhətçisi idi”, — Okampo videoda deyir.

Həmsöhbətinin “Borrel?” sualına Okampo “Hə, Josep Borrel” cavabını verir.

“Bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada — Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula von der Leyenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür”, — Okampo bildirir.

Videoda Okampo həmçinin Avropa Ədalət Məhkəməsi çərçivəsində Avropa Komissiyasını Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün iş qaldırıldığını deyir.

Onun sözlərinə görə, buna səbəb müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsi ilə bağlı bəndin olması və bu şərtə əməl edilmədiyi iddiasıdır.

Okampo qeyd edir ki, Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır və təzyiqin ABŞ-dakı erməni lobbisi ilə birlikdə artırılması nəzərdə tutulur.

Videoda onun oğlu Tomas Moreno Okampo da Ermənistan daxilində siyasi proseslərdən danışır.

O bildirir ki, məqsədlərdən biri baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır.

“Bizim işimiz insanların koordinasiyasını təşkil etmək idi ki, onlara ‘baxın, görün nələr baş verir’ deyib hamını məlumatlandıraq. Bu gün aktivistlər, iş adamları və Dağlıq Qarabağ erməniləri ilə bağlı vəziyyət üzrə çalışan insanlarla görüş var idi. Ermənistanda hazırda seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq var. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır”, — Tomas Moreno Okampo videoda deyir.

Həmsöhbətinin “Prezidenti?” sualına isə o, “Biz onu uzaqlaşdırmalıyıq” cavabını verir.

Adı çəkilən şəxslərin və Avropa institutlarının məsələ ilə bağlı mövqeyi hələlik açıqlanmayıb.

inayət Məhkəməsinin keçmiş baş prokuroru olub. Son illərdə o, müxtəlif beynəlxalq hüquq və siyasi məsələlərlə bağlı fəaliyyət göstərib.

Yayılan görüntülərdə həmçinin Avropa institutları və regiondakı proseslərlə bağlı digər açıqlamalar da yer alır.

 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol