• $
  • €
  • ₽
  • ₺
  • £

Apreldə zəhərlənənlərin sayı açıqlanıb

Apreldə zəhərlənənlərin sayı açıqlanıb
04.05.2026 09:48

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 2026-cı ilin aprelində müxtəlif mənşəli zəhərlənmə halları ilə bağlı ümumilikdə 79 nəfər hospitalizasiya olunub.

Mərkəzdən verilən məlumata görə, vaxtında aparılan müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Zəhərlənmə səbəbləri arasında 31 hal dərman preparatları, 19 hal sirkə turşusu, 5 hal siçan dərmanı (rodentisid), 3 hal həşərat dərmanı, 3 hal yeyici məhlullar, 1 hal yandırıcı maddə, 3 hal ilan sancması, 6 hal allergik reaksiya, 2 hal spirtli içki, 3 hal anafilaktik şok və 3 hal fosfor üzvi birləşmələr ilə bağlı olub.

Bildirilib ki, bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, o cümlədən intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq edilib.

Buna baxmayaraq, 5 nəfərin (1 qadın, 4 kişi) həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbləri spirtli içki, fosfor üzvi birləşmələr və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranan ağır toksik vəziyyətlə əlaqələndirilib.

Gülnar 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol