• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammiti başlayır

İrəvanda Avropa Siyasi Birliyinin 8-ci sammiti başlayır
04.05.2026 08:09

Ermənistan paytaxtında Avropa Siyasi Birliyi sammitinin 8-ci zirvə görüşü başlayır.


İştirakçılar sammitin keçirildiyi İdman və Konsert Kompleksinə gəlməyə başlayıblar. Tədbirdə onlarla Avropa ölkəsinin dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edir.


Sammitə ilk dəfə olaraq qeyri-Avropa ölkəsinin lideri – Kanadanın Baş naziri Mark Karni dəvət olunub.


Zirvə görüşü “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” mövzusu altında keçirilir.
Avropa Siyasi Birliyinin ilk sammiti 6 oktyabr 2022-ci ildə Praqada baş tutub. Sonrakı görüşlər Kişinyov, Qranada, Oksfordşir, Budapeşt, Tirana və Kopenhagendə keçirilib.


Platforma təxminən 50 Avropa ölkəsinin liderlərini bir araya gətirərək təhlükəsizlik, sabitlik və rifah məsələləri üzrə siyasi dialoq və əməkdaşlığı təşviq etməyi hədəfləyir. Zirvə görüşləri mövcud beynəlxalq institutları əvəz etmir, lakin liderlər üçün əlavə müzakirə və koordinasiya imkanı yaradır.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol