• $
  • €
  • ₽
  • ₺
  • £

Çində fişəng zavodunda partlayış -Prezident təcili göstəriş verib

Çində fişəng zavodunda partlayış -Prezident təcili göstəriş verib
05.05.2026 09:18

Çinin Hunan əyalətində fişəng zavodunda baş verən partlayış nəticəsində azı 21 nəfər ölüb, 61 nəfər yaralanıb.


Hadisə mayın 4-də Pekin vaxtı ilə saat 16:43 radələrində Hunan əyalətinin Liuyanq şəhərində yerləşən zavodda baş verib.

Liuyanq Çinin əsas fişəng istehsalı mərkəzlərindən biri sayılır.

Çin dövlət mediasının məlumatına görə, hadisə yerində yüzlərlə xilasedici işləyir. Zavod ərazisində iki barıt anbarının hələ də yüksək risk yaratdığı bildirilir. Buna görə ərazidə bir kilometrlik əsas əməliyyat zonası və üç kilometrlik nəzarət zonası yaradılıb, yaxınlıqda yaşayan sakinlər təhlükəsiz ərazilərə təxliyə olunub.


Çin Prezidenti Si Cinpin yaralıların müalicəsi, itkin düşənlərin axtarışı, hadisənin səbəblərinin tezliklə müəyyənləşdirilməsi və məsul şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş verib.

Yaralılar xəstəxanalara yerləşdirilib. Polis zavoda sahib olan şirkətin rəhbər şəxsləri barəsində tədbir görüb.

Hadisənin səbəbləri araşdırılır.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol