• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-ın Aİ ilə ticarət kəsiri martda kəskin artıb

ABŞ-ın Aİ ilə ticarət kəsiri martda kəskin artıb
05.05.2026 22:17

ABŞ-ın Avropa İttifaqı ilə mal ticarətində kəsiri 2026-cı ilin martında kəskin artaraq təxminən 9 milyard dollara çatıb.
ABŞ Siyahıyaalma Bürosunun mövsümi düzəliş edilməmiş məlumatlarına görə, martda Aİ-dən ABŞ-a mal idxalı 48,8 milyard dollar, ABŞ-ın Aİ-yə ixracı isə 39,8 milyard dollar təşkil edib. Nəticədə ticarət kəsiri fevraldakı 1,7 milyard dollardan martda təxminən 9 milyard dollara yüksəlib.

ABŞ Ticarət Nazirliyinin mövsümi düzəliş edilmiş məlumatlarında isə Aİ ilə ticarət kəsirinin martda 4,1 milyard dollar artaraq 9,2 milyard dollara çatdığı bildirilir. Bu hesablamaya görə, ABŞ-ın Aİ-yə ixracı 37,2 milyard dollar, Aİ-dən idxalı isə 46,4 milyard dollar olub.

Ümumilikdə ABŞ-ın xarici ticarət kəsiri martda 4,4% artaraq 60,3 milyard dollara yüksəlib. Reuters-in məlumatına görə, idxalın artımı ixracın artımını üstələyib.

Bu göstəricilər Vaşinqtonla Brüssel arasında tariflərlə bağlı gərginliyin davam etdiyi dövrə təsadüf edir. ABŞ Prezidenti Donald Tramp daha əvvəl Avropa avtomobillərinə və yük maşınlarına idxal rüsumlarının artırıla biləcəyini bildirib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol