• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Ukraynaya kütləvi dron zərbəsi endirib

Rusiya Ukraynaya kütləvi dron zərbəsi endirib
14.05.2026 14:20

Rusiya ordusu Ukraynaya qarşı uzaqmənzilli silahlar və pilotsuz uçuş aparatlarından istifadə etməklə genişmiqyaslı hücum həyata keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında qeyd olunub ki, hücum Ukraynanın zərbələrinə cavab xarakteri daşıyıb. Bildirilir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın müdafiə sənayesi müəssisələrini, hərbi aerodromları, həmçinin ordunun istifadə etdiyi yanacaq və nəqliyyat infrastrukturu obyektlərini uzaqmənzilli yüksək dəqiqlikli silahlar və hücum dronları ilə vurub.

Məlumata görə, əməliyyat zamanı təxminən 1500 pilotsuz uçuş aparatı, eləcə də “Kinjal”, “İsgəndər” və “X-101” tipli raketlər daxil olmaqla 50-dən çox raketdən istifadə olunub. Rusiya tərəfi hücumun məqsədinə çatdığını və nəzərdə tutulan bütün hədəflərin məhv edildiyini bildirib.

Hücumlar əsasən Kiyev, Xarkov, Odessa vilayətində yerləşən Çornomorsk limanı və digər bir neçə bölgəni əhatə edib.

Aytac Zeynalova

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol