• $
  • €
  • ₽
  • ₺
  • £

Marko Rubio: Tramp İranla “pis razılaşmaya” getməyəcək

Marko Rubio: Tramp İranla “pis razılaşmaya” getməyəcək
15.05.2026 13:16

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə gərginlik fonunda artan benzin qiymətlərindən istifadə edilərək Vaşinqton üçün sərfəli olmayan razılaşmanın əldə olunmasına icazə verməyəcək. Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

Rubio NBC News-a müsahibəsində deyib ki, “Prezident açıq şəkildə bildirib ki, əgər iranlılar daxili siyasətimizdən istifadə edərək bizə pis bir razılaşmanı qəbul etdirməyə çalışsalar, bu baş verməyəcək”.

O əlavə edib ki, ABŞ-da yanacaq qiymətlərinin sabitləşdirilməsi üçün artıq tədbirlər görülüb və “onlar azalacaq”.

Tramp isə çərşənbə axşamı bildirib ki, İranla bağlı vəziyyət fonunda amerikalıların maliyyə çətinlikləri onu narahat etmir, əsas prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

“Eybi yoxdur. İran məsələsində vacib olan tək şey onların nüvə silahına malik olmamasıdır”, - Tramp jurnalistlərə deyib.

ABŞ Prezidenti həmçinin İran hakimiyyətini “düzgün addım atmamaq” halında “işi təkbaşına bitirəcəyi” ilə hədələyib və Vaşinqtonun yalnız “yaxşı bir razılaşma” əldə edəcəyini bildirib.

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol