• $
  • €
  • ₽
  • ₺
  • £

“Rusiya hakimiyyəti imperiyanı güc yolu ilə bərpa etməyə çalışır”

“Rusiya hakimiyyəti imperiyanı güc yolu ilə bərpa etməyə çalışır”
28.05.2020 19:05
Moskvada “Rusiya xalqlarının vahidliyinin möhkəmlənməsi yolları: millətlərarası və miqrasiya aspektləri” adlı elmi-praktik konfrans keçirilib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Prezident hotel”də keçirilən tədbirdə çıxış edən Rusiya Dövlət Dumasının Millətlərin işi üzrə komitəsinin sədri Hacimət Səfərəliyev bildirib ki, Rusiyanın miqrantlarla bağlı sivil iş proqramı hələ də yoxdur: “Mən prezidentə təklif etmişəm ki, qanunvericilik baxımından miqrasiya və milli məsələyə eyni komitədə baxılmalıdır. Bu vacib iki məsələyə bir komitə baxsa, o zaman hökumətin layihələrinin effekti olar”. Sağ Qüvvələr İttifaqı (Soyuz Pravıx Sil) Ümumrusiya İctimai Hərəkatının prezidenti Leonid Qozman isə Rusiya hakimiyyətinin imperiyanı güc yolu ilə bərpa etməyə çalışdığını söyləyib: “Tarixdə milli birliyi qorumaq üçün iki metoddan istifadə edilib: güc və cəlbedicilik metodları. Xalqın birliyini zorla da saxlamaq olar, öz ölkəsini cəlbedici dövlətə çevirmək yolu ilə də. Bu gün biz öz imperiyamızı güc yolu ilə bərpa etməyə çalışırıq. Qonşularımızı başqa heç nə ilə cəlb edə bilmirik. Milli siyasətimizdə rus xalqına xüsusi önəm verməyimiz də doğru deyil. Unutmamalıyıq ki, bu ölkədə hansısa xalqın marağından danışmaq düzgün deyil. Rusiyada xalqın haqqından yox, insan haqlarından danışmaq daha düzgün olardı. Çünki Rusiyada yaşayan bütün vətəndaşlar bərabərhüquqludur”. Rusiya prezidenti yanında millətlərarası münasibətlər üzrə Məşvərət Şurasının üzvü Arif Paşayev bildirib ki, Orxan Zeynalova münasibətdə aparılan bütün kampaniyaya nümayişkaranə şou adı vermək olardı: “Çoxmillətli bir dövlətdə belə şou yolverilməz idi. Etnik azlıqlara qarşı bu kimi şoular əslində bizləri təhqir edir”. “Nəyə görə mən çeçen xalqının yaxşı olduğunu bütün ömrüm boyu sübut etməliyəm? Necə olur ki, bu gün Rusiyanın ərazi bütövlüyünü öz qanları bahasına qoruyan çeçenləri Moskvada arzuedilməz millət hesab edirlər?” - deyə konfransda çıxış edən Çeçenistan parlamentinin spikeri Dukuvaxa Abduraxmanov bildirib.  Tanınmış jurnalist Maksim Şevçenko isə çıxışında dövlət kanallarının informasiya siyasətini anlamağın mümkün olmadığını bildirib: “Media elə fon yaradır ki, daxildə yaşayan xalqlar bir-birinə düşmən kəsilir. Mən Ümumrusiya Dövlət Teleradio Şirkətini nəzərdə tuturam. Bu kanal büdcədən maliyyələşir, amma bu kanalda elə verilişlər göstərilir ki, onlara baxdıqdan sonra çeçen xalqını və yaxud digər xalqı düşmən gözündə görürsən. Bu siyasət çoxlu suallar doğurur və ən birinci sual budur ki, dövlətimizin bölünməsinə xidmət edən bu siyasətin müəllifləri görən hakimiyyətin hansı qanadında, hansı mərtəbəsində oturur?!”  Konfransın sonunda iştirakçılar müzakirələrin nəticəsi olaraq prezidentə ünvanlanan qətnamə qəbul ediblər. Qətnamədə milli problemlərin həlli yollarından biri kimi federal mətbuatda və televiziyada Rusiyada etnik azlıqlar və miqrantlar haqda müsbət yönümlü verilişlərin hazırlanmasının vacibliyi göstərilib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol