• $
  • €
  • ₽
  • ₺
  • £

Anqolada qızıl mədənində torpaq sürüşməsi olub, azı 28 nəfər ölüb

Anqolada qızıl mədənində torpaq sürüşməsi olub, azı 28 nəfər ölüb
24.05.2026 21:30

Anqolanın şimal-qərbində qanunsuz qızıl hasilatı aparılan şaxtada baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub.

Anqola İnformasiya Agentliyi Benqo vilayətinin hakimiyyət orqanlarına istinadən xəbər verir ki, hadisə zamanı dörd nəfər xilas edilib.

Benqo polisi nümayəndəsi Qaşpar Luis İnasio bildirib ki, ölənlərin hamısı 18-40 yaş aralığında kişilərdir.

Şahidlərin sözlərinə görə, şaxtanın yerləşdiyi ərazidə iri torpaq kütləsinin qəfil sürüşməsi nəticəsində yeraltında çalışan şəxslər dağıntılar altında qalıb.

Hazırda xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Rəsmi məlumata əsasən, iki nəfər itkin düşmüş hesab olunur. Yerli sakinlər isə şaxtada daha 70 nəfərin qala biləcəyini bildirirlər.

İlkin ehtimallara görə, torpaq sürüşməsinə son üç gündə bölgədə müşahidə olunan güclü yağışlar səbəb olub.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol